...

İlham Əliyev Çinin ölkəmizdəki səfirinin etimadnaməsini qəbul edib

Siyasət Materials 7 Fevral 2012 17:44 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuinin etimadnaməsini qəbul edib. Səfir Xun Tsyuin fəxri qarovul dəstəsinin qarşısından keçdi
İlham Əliyev Çinin ölkəmizdəki səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuinin etimadnaməsini qəbul edib. Səfir Xun Tsyuin fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Trend-in məlumatına görə, Xun Tsyuin etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Ölkələrimiz arasında münasibətlərin dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayan Prezident İlham Əliyev dövlətlərarası əlaqələrin səviyyəsindən məmnunluğunu bildirdi.

Dövlətimizin başçısı iqtisadi və investisiya qoyuluşu sahələrində əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu dedi.

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasının dost və tərəfdaş ölkələr kimi regional məsələlərdə, o cümlədən dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi işində bundan sonra da fəal əməkdaşlıq edəcəklərinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.

Xun Tsyuin Çin Xalq Respublikasının sədri Hu Szintaonun salamlarını dövlətimizin başçısına çatdırdı. Üç il bundan əvvəl Azərbaycana səfər etdiyini deyən səfir ötən dövr ərzində Bakıda böyük dəyişikliklərin şahidi olduğunu vurğuladı. Xun Tsyuin bildirdi ki, ölkəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətdə sabitliyin bərqərar olunması və iqtisadiyyatın sürətli inkişafı ilə bağlı Azərbaycanın əldə etdiyi uğurları yüksək qiymətləndirir.

2008-ci ildə Çinə səfərini və Çin Xalq Respublikasının sədri Hu Szintao ilə görüşlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev Çində sürətli inkişafa və əldə edilən uğurlara Azərbaycanın da sevindiyini dedi.

Dövlətimizin başçısı Çin Xalq Respublikası sədrinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Hu Szintaoya çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti