Azərbaycan, Bakı, 9 fevral / Trend, müxbir A.Tağıyeva /
Türkiyənin təhlükəsizlik qüvvələrinin Bingöl vilayətində apardığı əməliyyatlar zamanı Kürd Fəhlə Partiyasının (PKK) doqquz yaraqlısı məhv edilib. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti xəbər verir.
PKK yaraqlıları ilə toqquşmalar Çuxurca vilayətində də baş verib. Hakimiyyətin məlumatına görə, orada 4 yaraqlı öldürülüb. Həmçinin atışmada türk ordusunun bir əsgəri həlak olub, altısı yaralanıb.
Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.