...

Əhməd Cavadın 120 illik yubileyi keçiriləcək

Siyasət Materials 9 Fevral 2012 18:46 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Əhməd Cavadın 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Əhməd Cavadın 120 illik yubileyi keçiriləcək

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Əhməd Cavadın 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Əhməd Cavadın 120 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

2012-ci ilin may ayında müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, böyük şair və maarifçi, tanınmış ictimai xadim, Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 120 illiyi tamam olur.

Xalqımızın müstəqillik ideallarına bütün həyatı boyu sadiq qalan Əhməd Cavad Azərbaycan poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsini qoyub. Şairin zəngin yaradıcılığı milli azadlıq və istiqlal uğrunda mübarizə motivlərinin aparıcı mövqeyi ilə səciyyələnərək dövrün ictimai-siyasi mənzərəsini dolğun əks etdirir.

Xəbər lenti

Xəbər lenti