...

Türkiyədə terrorizmdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Siyasət Materials 10 Fevral 2012 14:43 (UTC +04:00)
Türkiyə təhlükəsizlik qüvvələrinin ölkənin Adana şəhərində keçirdiyi xüsusi əməliyyat zamanı 35 nəfər saxlanılıb.
Türkiyədə terrorizmdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir A.Tağıyeva/

Türkiyə təhlükəsizlik qüvvələrinin ölkənin Adana şəhərində keçirdiyi xüsusi əməliyyat zamanı 35 nəfər saxlanılıb. Bu barədə cümə günü Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Saxlanılanlar bir sıra terror aktlarında iştirakda və Kürd Fəhlə Partiyasının (PKK) terrorçularına dəstək verməkdə şübhəli bilinirlər.

PKK silahlıları sistemli şəkildə həm dinc əhaliyə, həm də ölkənin təhlükəsizlik qüvvələrinə qarşı terror aktları təşkil edir.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.

Xəbər lenti

Xəbər lenti