...

İranın Fars körfəzində olduğunu nəzərə almamaq faydasızdır - nazir

Siyasət Materials 14 Fevral 2012 16:42 (UTC +04:00)
İranın Fars körfəzində olduğunu nəzərə almamaq faydasızdır.
İranın Fars körfəzində olduğunu nəzərə almamaq faydasızdır - nazir

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbirlər E.Tarıverdiyeva, T.Cəfərov/

İranın Fars körfəzində olduğunu nəzərə almamaq faydasızdır. Trend-in məlumatına görə, bunu İranın müdafiə naziri, briqada generalı Əhməd Vəhidi deyib. Məlumatı ISNA agentliyi yayıb.

Vəhidi qeyd edib ki, Fars körfəzinə hərbi deyil, iqtisadi zona kimi baxmaq lazımdır.

Onun sözlərinə görə, Fars körfəzində Birləşmiş Ştatların və bəzi Avropa ölkələrinin çoxsaylı hərbi gəmiləri olmamalıdır. Generalın fikrincə, bu ölkələrin Fars körfəzində belə əhəmiyyətli sayda olması regionda sabitliyi pozur.

Bu ay ABŞ və onun müttəfiqləri öz hərbi qüvvələrini Fars körfəzində yerləşdirməyə başlayıblar. Bu barədə "İnterfaks" İsraildəki mənbəyə istinadən məlumat verib. Qoşunlar Hörmüz boğazından cənubda yerləşən və ABŞ HHQ-nin bazasının olduğu Məşirah adasına daxil olublar.

"Huffington Post" məlumat verir ki, Fransa "Şarl de Qoll" nüvə aviadaşıyıcısını Fars körfəzinə göndərib. Mart-aprel aylarında ABŞ və Fransanın ən azı dörd aviazərbə qrupunun Fars körfəzinin şərq hissəsində yerləşdiriləcəyi gözlənilir. "İnterfaks" xəbər verir.

Tehran Hörmüz boğazını bağlayacağı ilə hədələyir ki, bu da dünya neft ixracının xeyli hissəsini bloklayır.

Hazırda Fars körfəzində ABŞ-ın "Avraam Linkoln" aviadaşıyıcısı, eləcə də raket kreyseri, ABŞ HDQ-nin iki eskadra mina gəmisi, Britaniya və Fransa donanmasının iki gəmisi yerləşir.

ABŞ HDQ-nin "Karl Vinson" aviadaşıyıcısının başçılıq etdiyi digər döyüş qrupu Hörmüz boğazının şərq hissəsində yerləşir.

Martda ABŞ-ın daha bir aviadaşıyıcısı Fars körfəzinə daxil olacaq.

Xəbər lenti

Xəbər lenti