...

Azərbaycanlı müşahidəçilər Rusiyada prezident seçkilərinin təşkili və keçirilməsinin monitorinqinə başlayıblar

Siyasət Materials 15 Fevral 2012 09:36 (UTC +04:00)
Azərbaycanlı müşahidəçilər Rusiyada prezident seçkilərinin təşkili və keçirilməsinin monitorinqini aparırlar.
Azərbaycanlı müşahidəçilər Rusiyada prezident seçkilərinin təşkili və keçirilməsinin monitorinqinə başlayıblar

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Azərbaycanlı müşahidəçilər Rusiyada prezident seçkilərinin təşkili və keçirilməsinin monitorinqini aparırlar.

MDB PAA Şurasının baş katibinin müavini Aydın Cəfərovun rəhbərlik etdiyi, MDB PAA Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (DİMBİ) Bakı filialının direktoru Elman İmaməliyev, direktor müavini Teymur Muradov, eksperlər Fuad İbrahimov və Xəqani Fərəcovdan ibarət olan beynəlxalq müşahidə qrupu Rusiya Federasiyasında prezident seçkilərinin təşkili və keçirilməsinin uzunmüddətli monitorinqi çərçivəsində fevralın 13-də Stavropol vilayətinin Mineralnıye vodı şəhərində olublar. Bu barədə Trend-ə MDB PAA DİMBİ Bakı filialının mətbuat xidmətindən məlumat verilib.

Fevralın 14-də beynəlxalq müşahidə qrupunun üzvləri Mineralovodskiy bələdiyyə rayonunun rəhbəri Mixail Çukavin, Mineralovodskiy rayonunun Mineralnıye Vodı şəhər administrasiyasının başçısı Aleksandr Şiyanov, Mineralovodskiy rayonunun Ərazi Seçki Komissiyasının rəhbəri Vadim Malıx, məntəqə seçki komissiyalarının sədrləri ilə görüşlər keçiriblər.

Görüşlərdə prezident seçkilərinin təşkili və keçirilməsi, RF Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təqvim planının yerlərdə icrası, həyata keçirilən tədbirlərin federal və subyekt qanunvericiliklərinə uyğunluğu və digər seçki prosedurları barədə müzakirələr aparılıb, regionlar üzrə prezident seçkilərinin təşkili və keçirilməsinin aralıq hesabatının hazırlanması üçün analitik qeydlər hazırlanıb.

Günün ikinci yarısında qrup üzvləri "Yedinaya Rossiya", "Rusiya Liberal Demokrat Partiyası", "Spravedlivaya Rossiya", partiyalarının yerli nümayəndəliklərinin rəhbərləri ilə görüşlər keçiriblər.

15 fevralda beynəlxalq müşahidə qrupunun üzvlərinin Stavropol şəhərinə, daha sonra Krasnodar vilayətinə və digər şəhərlərə səfəri planlaşdırılır.

Beynəlxalq müşahidə qrupunun üzvləri fevralın 18-də Vətənə qayıdacaqlar.

Xəbər lenti

Xəbər lenti