...

Sərdar Cəlaloğlu: Müsavat Partiyasının qurultayı vacib idisə, təxirə salınmamalı idi

Siyasət Materials 20 Fevral 2012 17:59 (UTC +04:00)
Azərbaycanın müxalif partiyasının sədri hesab edir ki, Müsavat Partiyasının qurultayı vacib idisə, təxirə salınmamalı idi.
Sərdar Cəlaloğlu: Müsavat Partiyasının qurultayı vacib idisə, təxirə salınmamalı idi

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın müxalif partiyasının sədri hesab edir ki, Müsavat Partiyasının qurultayı vacib idisə, təxirə salınmamalı idi.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Trend-ə açıqlamasında bildirib ki, əgər qurultay vacibdirsə və yaxud qurultay zəruridirsə, bunu heç bir halda təxirə salmaq olmaz.

Qeyd edək ki, bu il martın 3-4-də keçirilməsi planlaşdırılan Müsavat Partiyasının qurultayı qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Qurultay zamanı yeni başqanın seçilməsi məsələsi də gündəmdədir.

"Mütləq qurultayı keçirmək lazımdır. Əgər qurultay zəruri deyilsə, formal olaraq keçirilirsə, onu ən müxtəlif bəhanələrlə də təxirə salmaq olar. İndiki halda mənə elə gəlir ki, seçki ərəfəsində Müsavatda qurultayın keçirilməsi, İsa Qəmbərin getməsi, partiya daxilində müəyyən çaxnaşmaların olması, partiyanın zəifləməsi Müsavatın ümumi mənafeyinə ziddir", - o deyib.

Bu baxımdan Cəlaloğlu düşünür ki, elə düzgün qərar bu idi ki, qurultay təxirə salınsın, çünki bu dəqiqə Müsavat Partiyasının qurultayının həll etməli olduğu elə bir ciddi nə partiyadaxili, nə də ümumi müxalifət vəzifəsi yoxdur.

Xəbər lenti

Xəbər lenti