...

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Koroğlunun xatirəsinə ucaldılmış abidənin açılışında iştirak ediblər (FOTO)

Siyasət Materials 21 Fevral 2012 17:25 (UTC +04:00)
Fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda xalq qəhrəmanı Koroğlunun xatirəsinə ucaldılmış abidənin açılışında iştirak ediblər
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Koroğlunun xatirəsinə ucaldılmış abidənin açılışında iştirak ediblər (FOTO)

Fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda xalq qəhrəmanı Koroğlunun xatirəsinə ucaldılmış abidənin açılışında iştirak ediblər.

Trend-in məlumatına görə, xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Azərbaycan Dövlət simfonik orkestrinin ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" operasının uvertürası səsləndirildi.

Dövlətimizin başçısı abidənin üzərindəki örtüyü götürdü.

Azərbaycan Prezidenti abidənin önünə əklil qoydu. Prezident İlham Əliyev Azərbaycanın musiqi, elm və təhsil ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşdü.

Abidənin müəllifi, Azərbaycanın Xalq Rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, SSRİ və Azərbaycan Respublikası Dövlət mükafatları laureatı, professor Tokay Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov və Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Sonra Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya abidə və onun yerləşdiyi Koroğlu parkı haqqında ətraflı məlumat verildi.

Bildirildi ki, abidənin postamentlə birlikdə hündürlüyü 23 metrdir. Postament hər biri 20-35 ton olan qranit hissələrdən ibarətdir. Ümumilikdə postamentin inşasına 480 ton qranit sərf olunmuşdur. Tamamilə bürüncdən tökülmüş abidə Ukraynada hazırlanmışdır.
Diqqətə çatdırıldı ki, abidənin yerləşdiyi Koroğlu parkında geniş abadlıq işləri aparılmışdır. Ümumi sahəsi 1,3 hektar olan parkın 4620 kvadratmetrlik hissəsinə qranit plitələr döşənmişdir. Burada İtaliyadan gətirilmiş 20 işıq dirəyi və 30 oturacaq quraşdırılmışdır.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbər lenti

Xəbər lenti