...

Dövlət Sərhəd Xidmətinə yeni baş qərargah rəisi təyin olunub

Siyasət Materials 22 Fevral 2012 16:42 (UTC +04:00)
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Baş Qərargahına yeni rəis təyin olub.
Dövlət Sərhəd Xidmətinə yeni baş qərargah rəisi təyin olunub

Azərbaycan, Bakı, 22 fevral / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Baş Qərargahına yeni rəis təyin olub.

DSX-dən Trend-ə verilən məlumata görə, general-mayor Rəşad Sadıqov Xidmətin Baş Qərargahının rəisi təyin edilib.

Azərbaycan Prezidentinin 13 fevral tarixli sərəncamı ilə DSX Baş Qərargahının rəisi, general-mayor Firudin Nəbiyev Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunub.

Qeyd edək ki, Sadıqov bundan əvvəl DSX-də Sərhəd Mühafizəsi İdarəsinin rəisi vəzifəsində çalışıb.

Xəbər lenti

Xəbər lenti