...

Üsamə bin Ladenin son sığınacağı buldozerlərlə dağıdılıb

Siyasət Materials 26 Fevral 2012 13:03 (UTC +04:00)
Pakistan hakimiyyəti ötən il qətlə yetirilən terrorçu Üsamə bin Ladenin son sığınacağını məhv edib. Trend-in məlumatına görə, bu barədə BBC xəbər verib.
Üsamə bin Ladenin son sığınacağı buldozerlərlə dağıdılıb

Azərbaycan, Bakı, 26 fevral /Trend müxbir X.Murtuzayeva/

Pakistan hakimiyyəti ötən il qətlə yetirilən terrorçu Üsamə bin Ladenin son sığınacağını məhv edib. Trend-in məlumatına görə, bu barədə BBC xəbər verib.

Şahidlərin sözlərinə görə, Abbotabad şəhərindəki yaşayış evi gecə saatlarında polis əməkdaşları tərəfindən mühasirəyə alınıb. Bundan sonra buldozerlər binanı dağıtmağa başlayıblar.

Ehtimal olunur ki, bununla da Pakistan hakimiyyəti bin Laden tərəfdarlarının evi ziyarətgaha çevirməklə bağlı bütün imkanlarını aradan qaldırmaq niyyətindədir.

Xatırladaq ki, ötən ilin mayında ABŞ-ın xüsusi xidmət orqanları "bir nömrəli terrorçu" adlandırılan Üsəma bin Ladenin son 5 il ərzində məhz bu evdə gizləndiyi barədə məlumat əldə ediblər. Şəhərə göndərilən xüsusi təyinatlılardan ibarət dəstə evi hücumla alıb. Əməliyyat zamanı ekstremistlərin başçısı qətlə yetirilib.

Qeyd edək ki, bu əməliyyat ABŞ və Pakistan arasında çoxsaylı mübahisələrə səbəb oldu. İslamabadda amerikalıların suveren dövlətin ərazisində hücum həyata keçirmələri və ölkə hakimiyyətini bu barədə məlumatlandırmaması narazılıq doğurmuşdu.

Xəbər lenti

Xəbər lenti