Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir T.Cəfərov/
Livanda təhlükəsizliyin təmini və sabitlik regionun təhlükəsizliyinin bir parçasıdır. Livan Silahlı Qüvvələrinin gücləndirilməsi İranın strateji siyasətlərindəndir. Bunu İranın müdafiə naziri Əhməd Vəhidi Livanın müdafiə naziri Faez Hosnla görüşündə deyib. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi xəbər verir.
Vəhidi Livanı xarici təhlükələrdən və terrorçulardan müdafiə etmək üçün hərtərəfli dəstəkləməyin zəruriliyindən danışıb və deyib ki, Livan özünü müdafiə etmək üçün güclü orduya sahib olmalıdır.
Livanın müdafiə naziri Faez Hosn iranlı həmkarının dəvəti ilə dünən Tehrana səfər edib.