...

Vladimir Putinə sui-qəsdin qarşısı alınıb

Siyasət Materials 27 Fevral 2012 09:28 (UTC +04:00)
Ukrayna və Rusiya xüsusi xidmət orqanları Vladimir Putinə sui-qəsd hazırlayan terrorçuların planının qarşısını alıblar.
Vladimir Putinə sui-qəsdin qarşısı alınıb

Azərbaycan, Bakı, 28 fevral / Trend /

Ukrayna və Rusiya xüsusi xidmət orqanları Vladimir Putinə sui-qəsd hazırlayan terrorçuların planının qarşısını alıblar. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Rusiyanın İctimai Televiziyası məlumat verib.

Telekanal bildirir ki, beynəlxalq axtarışda olan cinayətkarlar Odessada saxlanılıblar. Onların ifadəsindən məlum olub ki, onlar cinayət əməlini prezident seçkilərindən dərhal sonra Moskva şəhərində törətmək niyyətində olublar.

Araşdırma davam edir.

Xəbər lenti

Xəbər lenti