...

Müdafiə sənayesi naziri Yavər Camalov Rumıniya Prezidentinin müşaviri ilə görüşüb

Siyasət Materials 28 Fevral 2012 16:49 (UTC +04:00)
Fevralın 28-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Rumıniya Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fotanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Müdafiə sənayesi naziri Yavər Camalov Rumıniya Prezidentinin müşaviri ilə görüşüb

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Fevralın 28-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Rumıniya Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fotanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə daxil olan məlumata görə, nazir Yavər Camalov qonaqlara nazirliyin fəaliyyəti barədə ətraflı məlumat verib.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Nümayəndə heyətinin başçısı Yulian Fotan səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüşdə Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu da iştirak edib.

Xəbər lenti

Xəbər lenti