...

Azərbaycanın xarici siyasəti həmişə çoxşaxəli və balanslaşdırılmış olub – XİN (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 29 Fevral 2012 15:49 (UTC +04:00)
Rəsmi Bakının siyasəti hansısa ölkəyə qarşı yönəlməyib, lakin, bununla yanaşı, ölkənin ərazilərinin 20 faizi işğal altındadır.
Azərbaycanın xarici siyasəti həmişə çoxşaxəli və balanslaşdırılmış olub – XİN (ƏLAVƏ OLUNUB)

Başlıq dəyişdirilib, təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:40-da yayılıb)

Azərbaycan, Bakı, 29 fevral /Trend, müxbir S.Ağayeva/

Rəsmi Bakının siyasəti hansısa ölkəyə qarşı yönəlməyib, lakin, bununla yanaşı, ölkənin ərazilərinin 20 faizi işğal altındadır. Azərbaycan öz ərazilərini qaytarmağa və suverenliyini bərpa etməyə hazır olmalıdır və onun buna tam haqqı var. Trend-in məlumatına görə, bunu Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev çərşənbə günü jurnalistlərə deyib.

O, bunları Azərbaycanın İrandakı səfirinin İran XİN-ə çağırılaraq ondan Azərbaycanın İsraildən 1,5 milyard dollardan artıq dəyərdə silah alması barədə mətbuatda gedən məlumatlara rəsmi izahat verməyin xahiş edilməsi ilə bağlı məlumatı şərh edərkən bildirib.

"Azərbaycanın xarici siyasəti həmişə çoxşaxəli və balanslaşdırılmış olub. Azərbaycan mehriban qonşuluq münasibətlərinə əhəmiyyət verir və o, qarşılıqlı hörmət prinsiplərinə əsaslanmalıdır, - Abdullayev deyib. - Lakin bu siyasət hansısa ölkəyə qarşı yönəlməyib".

Abdullayevin sözlərinə görə, Azərbaycan təkcə İsraildən deyil, İran da daxil olmaqla Rusiya, Ukrayna və Belarusdan silah alır. "Azərbaycanın aldığı silah müdafiə xarakteri daşıyır", - XİN-in rəsmi nümayəndəsi bildirib.

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov çərşənbə axşamı İranın Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə IRNA agentliyi xəbər yayıb.

Axundovu İran xarici işlər nazirinin müavini Abbas Əraqçi qəbul edib və ondan Azərbaycanın İsraildən 1,5 milyard dollardan artıq dəyərdə silah alması barədə mətbuatda gedən məlumatlara rəsmi izahat verməyi xahiş edib.

Xəbər lenti

Xəbər lenti