...

"Erməni soyqırımı" haqqında yeni qanun Fransada prezident seçkilərinədək müzakirə olunmayacaq

Siyasət Materials 1 Mart 2012 09:52 (UTC +04:00)
Fransa Prezidenti Nikola Sarkozinin işlənib hazırlanmasını tapşırdığı "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan yeni qanun layihəsi iyun ayına təyin edilmiş prezident seçkilərindək Senatda müzakirə olunmayacaq.
"Erməni soyqırımı" haqqında yeni qanun Fransada prezident seçkilərinədək müzakirə olunmayacaq

Azərbaycan, Bakı, 1 mart / Trend, müxbir A.Tağıyeva /

Fransa Prezidenti Nikola Sarkozinin işlənib hazırlanmasını tapşırdığı "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan yeni qanun layihəsi iyun ayına təyin edilmiş prezident seçkilərindək Senatda müzakirə olunmayacaq. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Zaman" qəzeti xəbər verir.

Belə bir qərar Fransa hökuməti tərəfindən Konstitusiya Şurasının "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu ləğv etməsindən sonra qəbul edilib.

Fransa Konstitusiya Şurası çərşənbə axşamı söz və ifadə azadlığına zidd olduğunu əsas gətirərək qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu ləğv edib.

Bu qərardan sonra Fransa Prezidenti Nikola Sarkozi hökumətə "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan yeni qanun layihəsinin hazırlanmasını tapşırıb.

Qeyd edək ki, yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul etmişdi. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs vermişdi.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tuturdu.

Xəbər lenti

Xəbər lenti