...

Azərbaycan deputatları Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər

Siyasət Materials 1 Mart 2012 17:22 (UTC +04:00)
Azərbaycanın millət vəkilləri Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər.
Azərbaycan deputatları Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanın millət vəkilləri Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və deputat Rüstəm Xəlilov Rusiya Federasiyasının Sank-Peterburq şəhərində, millət vəkilləri Elton Məmmədov, Rüfət Quliyev və Mirkazım Kazımov isə Moskva şəhərində seçki prosesini müşahidə edəcəklər.

Azərbaycanın millət vəkilləri martın 2-dən 7-dək Rusiyada olacaqlar.

Rusiyada prezident seçkiləri martın 4-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti