...

Azərbaycan və Pakistan transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə səyləri birləşdirəcək

Siyasət Materials 1 Mart 2012 18:27 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov cümə axşamı ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Xalid Şamim Vaynın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan və Pakistan transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə səyləri birləşdirəcək

Azərbaycan, Bakı, 1 mart /Trend/

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov cümə axşamı ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Xalid Şamim Vaynın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan nazir iki ölkə arasındakı dostluq əlaqələrinin tarixi kökləri olduğunu xatırladıb və qeyd edib ki, Azərbaycanın Pakistan ilə diplomatik münasibətləri yaranan gündən bu əlaqələr strateji müttəfiqlik müstəvisində beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla inkişaf edir.

Daha sonra qonaqlara cinayətkarlığa qarşı mübarizənin vəziyyəti və kriminogen durumla bağlı məlumat verilib.

Usubov transmilli mütəşəkkil cinayətkarlığın ayrı-ayrı təzahürlərinə, o cümlədən beynəlxalq terrorçuluğa, qeyri-qanuni miqrasiya və insan alverinə, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.

General Xalid Şamim Vayn ətraflı məlumata görə minnətdarlığını bildirib, Pakistan İslam Respublikasının bundan sonra da həmişə Azərbaycanın yanında olacağını, onun haqq işini müdafiə edəcəyini deyib.

Səmimilik və dostluq şəraitində keçirilən görüşdə bir sıra digər məsələlər də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti