...

Azərbaycan jurnalistləri Qarabağa səfər edəcəklər

Siyasət Materials 3 Mart 2012 11:13 (UTC +04:00)
Azərbaycanın bir qrup jurnalisti martın 4-də Dağlıq Qarabağa səfərə gedəcək
Azərbaycan jurnalistləri Qarabağa səfər edəcəklər

Azərbaycan, Bakı, 3 mart / Trend müxbir M.Əliyev/

Azərbaycanın bir qrup jurnalisti martın 4-də Qarabağa səfərə gedəcək. Bu barədə Trend-ə Azərbaycan Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı məlumat verib.

Onun sözlərinə görə, Dağlıq Qarabağın Azərbaycanlı İcması tərəfindən təşkil olunacaq səfərdə Azərbaycan Parlament Juranalistlər Birliyinin 15 üzvü iştirak edəcək.

Eyvazlının sözlərinə görə, səfərə Azərbaycan Milli Məclisinin bir neçə deputatı da qatılacaq.

Xəbər lenti

Xəbər lenti