Azərbaycan, Bakı, 5 mart /Trend/
Martın 5-də Əfqanıstana səfər edən Polşa Prezidenti Bronislav Komorovski yolüstü Bakıda olub. Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Bronislav Komorovski ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.