...

Türkiyə Hava Qurumunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib (FOTO)

Siyasət Materials 11 Mart 2012 13:59 (UTC +04:00)
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Hava Qurumunun rəhbəri Osman Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti martın 11-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Türkiyə Hava Qurumunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib (FOTO)

Azərbaycan, Bakı, 12 fevral / Trend /

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Hava Qurumunun rəhbəri Osman Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti martın 11-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Trend-in məlumatına görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üstünə tər çiçəklər düzülüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Nümayəndə heyəti 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə əklil qoyub.

Xəbər lenti

Xəbər lenti