...

Azərbaycanın müdafiə naziri İranın prezidenti ilə görüşüb (FOTO)

Siyasət Materials 13 Mart 2012 00:50 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri Səfər Əbiyev İranın prezidenti Mahmud Əhmədinecad ilə görüşüb. Bu barədə İran prezidentinin rəsmi saytı xəbər yayıb.
Azərbaycanın müdafiə naziri İranın prezidenti ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir T. Cəfərov/

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev İranın prezidenti Mahmud Əhmədinecad ilə görüşüb. Bu barədə İran prezidentinin rəsmi saytı xəbər yayıb.

Görüş zamanı Mahmud Əhmədinecad iki ölkə arasında olan münasibətləri səmimi və qardaş adlandırıb, və bildirib ki, dövlətlərimiz arasında heç bir problem yoxdur.

"Düşmənlər Azərbaycan-İran əlaqələrin genişləndirilməsini istəmir və süni problemlər yaradırlar. Əmin olun ki, Tehran-Bakı əlaqələri heç vaxt qırılmayacaq", - İranın prezidenti bildirib.

Əhmədinecad Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını qarşıda gələn Novruz bayramı münasibəti ilə təbrik etdi.

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev öz növbədə Azərbaycan Prezidenti adından Mahmud Əhmədinecadı və İran xalqını Novruz bayramı münasibəti ilə təbrik etdi.

Xəbər lenti

Xəbər lenti