...

Azərbaycan Avropa ölkələrinin informasiya təhlükəsizliyi sahəsində qabaqcıl təcrübəsini öyrənir

Siyasət Materials 14 Mart 2012 16:59 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyinin təşəbbüsü ilə Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində "İnformasiya təhlükəsizliyi" mövzusunda seminar keçirilib.
Azərbaycan Avropa ölkələrinin informasiya təhlükəsizliyi sahəsində qabaqcıl təcrübəsini öyrənir

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir E.Mehdiyev/

Milli Təhlükəsizlik Nazirliyinin təşəbbüsü ilə Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində "İnformasiya təhlükəsizliyi" mövzusunda seminar keçirilib.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən çərşənbə günü Trend-ə verilən məlumata görə, tədbirin məqsədi informasiya təhlükəsizliyi üzrə milli sistemin dövrün tələblərinə uyğun inkişaf etdirilməsi və bu sahədə Avropa ölkələrinin qabaqcıl təcrübəsinin öyrənilməsidir. Seminarda informasiya təhlükəsizliyi sahəsində aiddiyyəti dövlət qurumları və sahə üzrə ixtisaslaşmış akademik dairələrdən bütövlükdə 14 dövlət təşkilatının 40-dan çox nümayəndəsi iştirak edib.

Mühazirəçi qismində Rumıniya, Çexiya, Litva və Polşa ekspertləri çıxış ediblər. Seminarda Avropa İttifaqının informasiya təhlükəsizliyi üzrə standartları, Avropa Şəbəkə və İnformasiya Təhlükəsizliyi Agentliyinin fəaliyyətinə baxış, insidentlərin qarşısının alınması üzrə milli sistem və CERT-lər, təhlükəsiz internet proqramı, elektron hökumətin təhlükəsizliyi, məxfiçilik qaydalarının təmin olunması və digər mövzular müzakirə olunub.

Qeyd edək ki, indiyə qədər ölkəmizdə bu mövzunun müxtəlif aspektlərinə dair tədbirlər keçirilsə də, adıçəkilən seminar bütövlükdə informasiya təhlükəsizliyinə həsr olunmuş ilk tədbirdir.

Xəbər lenti

Xəbər lenti