...

İlham Əliyev Moldova Prezidentini təbrik edib

Siyasət Materials 17 Mart 2012 16:21 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Moldova Respublikasının Prezidenti Nikolaye Timoftiyə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Moldova Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 17 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Respublikasının Prezidenti Nikolaye Timoftiyə təbrik məktubu ünvanlayıb.

"Moldova Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Nikolaye Timoftiyə möhkəm cansağlığı, xoşbəxtlik, dost Moldova xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar diləyib.

Xəbər lenti

Xəbər lenti