Azərbaycan, Bakı, 27 mart /Trend/
"Daşnaksütyun" Ermənistan İnqilabi Federasiyası (EİF) aprelin 10-da Yerevanın mərkəzindəki Azadlıq meydanında ilk seçkiqabağı mitinqini keçirəcək. Trend-in məlumatına görə, bu barədə "Daşnaksütyun" EİF-nin ali orqanının üzvü Spartak Seyranyan "Novosti-Armeniya"nın müxbiri ilə söhbətində bildirib. O, mitinqin saat 19:00-a nəzərdə tutulduğunu qeyd edib.
Seyranyanın sözlərinə görə, ikinci mitinqə gəldikdə, "o Ermənistanın vilayətlərində keçiriləcək". EİF təmsilçisi konkret rəqəm göstərməkdə çətinlik çəkib.
Spartak Seyranyan EİF-nin birinci mitinqinin iştirakçılarının sayı barədə sualı məntiqsiz hesab edib. O, müxbirin mitinqdə ayrıca şüarın olacağı ilə bağlı sualını da təəccüblə qarşılayıb. "Partiyanın şüarı var. Mitinqin şüarının olmasını siz harada eşitmisiniz?", - o deyib.