...

TürkPA-nın baş katibi Qırğızıstanın spikeri və XİN rəhbəri ilə görüşəcək

Siyasət Materials 28 Mart 2012 15:45 (UTC +04:00)
TürkPA-nın baş katibi Ramil Həsənov martın 29-31-də qurumun III plenar sessiyasına hazırlıq məqsədilə Qırğızıstanın paytaxtı Bişkək şəhərinə səfər edəcək.
TürkPA-nın baş katibi Qırğızıstanın spikeri və XİN rəhbəri ilə görüşəcək

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir M.Əliyev/

TürkPA-nın baş katibi Ramil Həsənov martın 29-31-də qurumun III plenar sessiyasına hazırlıq məqsədilə Qırğızıstanın paytaxtı Bişkək şəhərinə səfər edəcək. Bu barədə Trend-ə çərşənbə günü TürkPA-nın mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində TürkPA baş katibinin Qırğızıstan parlamentinin sədri Asilbek Zhenbekov, Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev, TürkPA-nın İqtisadi, ticarət və maliyyə komissiyasının sədri Kojobek Rıspayev və III plenar sessiyaya hazırlıq məqsədilə yaradılmış Təşkilat Komitəsinin üzvləri ilə görüşü nəzərdə tutulur.

Səfərdə Ramil Həsənovu TürkPA baş katibinin müavini Bektemir Ziyadinov və Katibliyin əməkdaşları müşayət edəcək.

TürkPA-nın III plenar sessiyasının 2012-ci ilin iyun ayında keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti