Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir M.Əliyev/
Milli Məclisin sədri Oqtay Əsədovun sərəncamı ilə parlamentin vitse-spikeri Bahar Muradova ölkəmizdə parlamentarizmin inkişafında və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalı ilə təltif edilib.
Trend-in Milli Məclisin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 29-da parlamentin sədri Milli Məclisin Fəxri medalını Bahar Muradovaya təqdim edərək ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Milli Məclisin sədr müavini əməyinə verilən qiymətə görə minnətdarlığını ifadə edərək, gələcəkdə də üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün qüvvə və bacarığını əsirgəməyəcəyini söyləyib.