Azərbaycan, Bakı, 31 mart /Trend/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyəyə səfər edəcək.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Məmmədyarov bu ölkəyə türkiyəli həmkarı Əhməd Davudoğlunun dəvəti ilə 1 aprel 2012-ci il tarixində İstanbulda keçiriləcək "Suriya xalqının dostları qrupu"nun 2-ci Konfransında iştirak etmək üçün səfər edir.