...

Prezident İlham Əliyev Bakıda Avronest Parlament Assambleyasının ikinci sessiyasının açılış mərasimində iştirak edib (FOTO)

Siyasət Materials 3 Aprel 2012 12:51 (UTC +04:00)
Aprelin 3-də Bakıda, Azərbaycan Respublikası Milli Məclisinin binasında Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyasının rəsmi açılış mərasimi olub
Prezident İlham Əliyev Bakıda Avronest Parlament Assambleyasının ikinci sessiyasının açılış mərasimində iştirak edib (FOTO)

Aprelin 3-də Bakıda, Azərbaycan Respublikası Milli Məclisinin binasında Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyasının rəsmi açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Sessiyanı giriş sözü ilə açan Milli Məclisin sədri Oqtay Əsədov Prezident İlham Əliyevi və qonaqları salamladı.

Azərbaycan Prezidenti mərasimdə nitq söylədi.

Sonra Avropa Parlamentinin sədri Martin Şultsun sessiya iştirakçılarına videomüraciəti nümayiş etdirildi.

Avronest PA-nın birinci sessiyası Strasburqda keçirilmişdir. Bu, ikinci sessiyadır və tədbirin Bakıda keçirilməsi Azərbaycan üçün çox önəmlidir.

Sessiyada Avropa ölkələrindən 200-dək nümayəndə, o cümlədən deputatlar, ictimai xadimlər, Avropa Parlamentində təmsil olunan siyasi partiyaların təmsilçiləri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti