...

Hakim partiya: Müxalifətin aksiyası bir daha sübut etdi ki, əhalinin mütləq əksəriyyəti onlara dəstək vermir

Siyasət Materials 8 Aprel 2012 19:05 (UTC +04:00)
Azərbaycanın hakim partiyası hesab edir ki, müxalifətin mitinqi əhalinin mütləq əksəriyyətinin onlara dəstək vermədiyini bir daha sübut etdi.
Hakim partiya: Müxalifətin aksiyası bir daha sübut etdi ki, əhalinin mütləq əksəriyyəti onlara dəstək vermir

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın hakim partiyası hesab edir ki, müxalifətin mitinqi əhalinin mütləq əksəriyyətinin onlara dəstək vermədiyini bir daha sübut etdi.

"Mən bu aksiyaya mitinq yox, piket deyərdim. Orada 500-600 nəfər iştirak edərdi", - bunu bazar günü hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı İctimai Palatanın keçirdiyi etiraz aksiyasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, müxalifətin keçirdiyi etiraz aksiyası mənasız bir tədbir idi.

"Bu aksiya bir daha onu göstərdi ki, əhalinin mütləq əksəriyyəti bu cür siyasi aksiyalara dəstək vermir", Qurbanlı deyib.

Qurbanlının sözlərinə görə, bundan sonra həmin müxalifətçilər yəqin ki, utandıqlarından bir daha aksiya keçirməyəcəklər.

Xəbər lenti

Xəbər lenti