...

Əhməd Oruc: İctimai Palatanın mitinqindən bəlli oldu ki, bu liderlərlə heç nəyə nail olunmayacaq

Siyasət Materials 9 Aprel 2012 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir E.Mehdiyev/

İctimai Palatanın 8 aprel aksiyasında 20 ildir öndə olan eyni şəxslər idi, eyni şüarlar səsləndirildi. Bunu bazar ertəsi Trend-ə Azadlıq Partiyasının sədri Əhməd Oruc İctimai Palatanın aprelin 8-də keçirilmiş mitinqinə münasibət bildirərkən deyib.

"20 ildir ki, bunlar uğursuz müxalifətçilik həyata keçirirlər. Dünən də bəlli oldu ki, bu liderlərlə, bu enerji, intellekt və yanaşma ilə heç nəyə nail olunmayacaq. Hesab etmirəm ki, orada səsləndirilən şüarlardan manipulasiyalar, nəticələr millətin xeyrinə olsun", - Oruc deyib.

Onun sözlərinə görə, İctimai Palataya toplaşan siyasi qüvvələr 20 ildir cəmiyyəti aldatmaqla məşğuldurlar.

"Onlar artıq cəmiyyəti bezdiriblər, onlara heç bir inam, heç bir ümid yoxdur. Onların yanında olan fuksionerlərin böyük bir qismi maaş ilə saxlanılan və ya çarəsiz olaraq bunların ətrafinda qalmış adamlardır", - Oruc bildirib.

O, qeyd edib ki, onların əsas məqsədi müxalifət daxilində iqtidara çevrilməkdir.

Xəbər lenti

Xəbər lenti