...

Suriya Humsdan qoşunların bir hissəni çıxarıb

Siyasət Materials 10 Aprel 2012 18:50 (UTC +04:00)
Suriya hökuməti Hums şəhərindən qoşunların bir hissəsini çıxararaq daimi dislokasiya yerlərinə göndərib.
Suriya Humsdan qoşunların bir hissəni çıxarıb

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Suriya hökuməti Hums şəhərindən qoşunların bir hissəsini çıxararaq daimi dislokasiya yerlərinə göndərib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Suriyanın xarici işlər naziri Vəlid Muallim rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi danışıqlarda bəyan edib.

"Danışıqlar zamanı suriyalı nazir Dəməşqdən yenicə alınan rəsmi xəbər haqqında məlumat verib. Məlumatda deyilir ki, Suriya hökumət qoşunlarının bir hissəsi Humsdan daimi dislokasiya yerlərinə çəkilib", - danışıqların yekunları üzrə məlumatda qeyd edilir.

Xəbər lenti

Xəbər lenti