Azərbaycan, Bakı, 11 aprel / Trend, müxbir S.Ağayeva /
Aprelin 26-da Kişinyovda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Moldova hökumətlərarası komissiyasının iclası keçiriləcək. Bu barədə çərşənbə günü Trend-ə Moldovanın Azərbaycandakı səfiri İqor Bodiu məlumat verib.
Bodiunun sözlərinə görə, iclasda Azərbaycan tərəfdən komissiyanın həmsədri kimi Baş nazirin birinci müavini Yaqub Eyyubov iştirak edəcək.
İclasda ölkələr arsında əməkdaşlığın perspektivləri müzakirə olunacaq və müvafiq protokol imzalanacaq.