...

Pakistanda "Azərbaycan-Odlar Yurdu" adlı kitab urdu dilində nəşr edilib

Siyasət Materials 11 Aprel 2012 12:36 (UTC +04:00)
Azərbaycanın Pakistan İslam Respublikasındakı səfirliyinin təşəbbüsü, Pakistanın "Diplomatik Star" jurnalının baş redaktoru Amir Mahmud Battinin müəllifliyi ilə "Azərbaycan-Odlar Yurdu" adlı kitab urdu dilində nəşr edilib.
Pakistanda "Azərbaycan-Odlar Yurdu" adlı kitab urdu dilində nəşr edilib

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Pakistan İslam Respublikasındakı səfirliyinin təşəbbüsü, Pakistanın "Diplomatik Star" jurnalının baş redaktoru Amir Mahmud Battinin müəllifliyi ilə "Azərbaycan-Odlar Yurdu" adlı kitab urdu dilində nəşr edilib.

Trend-in Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, kitabın ilk fəsilləri Azərbaycanın tarixi və dövlət atributlarına həsr edilib.

Nəşrdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın dünya ölkələri sırasına qüdrətli bir dövlət kimi daxil edilməsində oynadığı müstəsna rolundan geniş bəhs edilib. Kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasətin məqamları açıqlanıb, BMT Baş Assambleyasındakı və Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr edilmiş çıxışlarının mətnləri dərc edilib. Ölkənin birinci xanımı Mehriban Əliyeva və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti də kitabda geniş şəkildə öz əksini tapıb.

31 Mart - Azərbaycanlıların soyqırımı və erməni terroru, qanlı 20 Yanvar, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi, Qarabağın tarixi, Xocalı soyqırımı və "Xocalıya ədalət" kampaniyası barədə əhatəli məlumat da kitabda yer alıb.

Xəbər lenti

Xəbər lenti