...

Putin NATO-nu soyuq müharibə dövrünün atavizmi adlandırıb

Siyasət Materials 11 Aprel 2012 16:13 (UTC +04:00)
Rusiyanın Baş naziri Vladimir Putin NATO blokunu soyuq müharibə dövrünün atavizmi adlandırıb.
Putin NATO-nu soyuq müharibə dövrünün atavizmi adlandırıb

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Rusiyanın Baş naziri Vladimir Putin NATO blokunu soyuq müharibə dövrünün atavizmi adlandırıb, lakin etiraf edib ki, bəzən NATO beynəlxalq münasibətlərdə sabitləşdirici rol oynayır. Bu barədə çərşənbə günü Trend RİA Novosti-yə istinadən məlumat verir.

"Hesab edirəm ki, NATO bloku ümumilikdə soyuq müharibə dövrünün atavizmidir. O, beynəlxalq münasibətlərdə ikiqütblü sistemin mövcud olduğu vaxtda yaranıb", - Putin RF hökumətinin işi haqqında yekun hesabatla bağlı Dövlət Dumasında çıxışından sonra deputatların suallarını cavablandırarkən deyib.

"Bu gün belə şərait yoxdur və aydın deyil ki, NATO kimi təşkilatın olması nəyə lazımdır, lakin o, mövcuddur. Bu, geosiyasi reallıqdır və onunla hesablaşmaq lazımdır", - Baş nazir qeyd edib.

Putinin sözlərinə görə, NATO bir sıra hallarda beynəlxalq işlərdə sabitləşdirici rol oynayır. O, buna misal kimi Əfqanıstanı göstərib.

Xəbər lenti

Xəbər lenti