...

Türkiyənin Adana şəhərində Xocalı qurbanlarının xatirəsinə abidə qoyulacaq

Siyasət Materials 12 Aprel 2012 09:55 (UTC +04:00)
Türkiyənin Milli Hərəkat Partiyasının Adana şəhərindəki nümayəndəsi Mustafa Xalaçoğlu şəhərdə Ermənistan tərəfindən Dağlıq Qarabağda dinc azərbaycanlı əhaliyə qarşı törədilən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş abidə ucaldılmasına dair təkliflə çıxış edib.
Türkiyənin Adana şəhərində Xocalı qurbanlarının xatirəsinə abidə qoyulacaq

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Milli Hərəkat Partiyasının Adana şəhərindəki nümayəndəsi Mustafa Xalaçoğlu şəhərdə Ermənistan tərəfindən Dağlıq Qarabağda dinc azərbaycanlı əhaliyə qarşı törədilən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş abidə ucaldılmasına dair təkliflə çıxış edib. Trend-in məlumatına görə, bu barədə "Zaman" qəzeti yazır.

"Gələcək nəsillərin ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayəti unutmamaları üçün Türkiyənin bütün böyük şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələr qoyulmalıdır", - Xalaçoğlu deyib.

Adana administrasiyası tezliklə şəhərin meydanlarından birində abidənin ucaldılması məsələsini nəzərdən keçirir.

Xəbər lenti

Xəbər lenti