...

ATƏT tərəfindən polislər üçün keçirilən təlimlər səmərəli nəticələr verir

Siyasət Materials 16 Aprel 2012 13:03 (UTC +04:00)
ATƏT-in Bakı Ofisi tərəfindən polislər üçün keçirilən təlimlər səmərəli nəticələr verir. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay deyib.
ATƏT tərəfindən polislər üçün keçirilən təlimlər səmərəli nəticələr verir

Azərbaycan, Bakı, 16 aprel /Trend müxbir E. Mehdiyev/

ATƏT-in Bakı Ofisi tərəfindən polislər üçün keçirilən təlimlər səmərəli nəticələr verir. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay deyib.

Onun sözlərinə görə, ATƏT-in dəstəyi ilə keçirilən "Cəmiyyət dəstəkli polis" layihəsi xüsusi səmərə verib.

"Polislərə təlim keçən təlimçilərin özləri də nəticələrdən məmnundurlar. Bunu gündəlik həyatda siz də hiss edə bilərsiniz. Polisin fəaliyyəti daha müasir və keyfiyyətli, yüksək səviyyəli formadadır. Mitinqlərin də problemsiz və ixtilafsız keçdiyini məmnuniyətlə müşahidə edirik", - səfir deyib.

Xəbər lenti

Xəbər lenti