...

İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verib

Siyasət Materials 21 Aprel 2012 11:43 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İslamabad şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdariyə başsağlığı verib
İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verib

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İslamabad şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdariyə başsağlığı verib.

"Hörmətli cənab Prezident, İslamabad şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!" İlham Əliyevin başsağlığı məktubunda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti