...

Egemen Baxış: Ermənistan "Eurovision"dan imtina etmək əvəzinə Azərbaycan torpaqlarını azad etməli idi

Siyasət Materials 23 Aprel 2012 09:54 (UTC +04:00)
Ermənistanın Bakıda keçiriləcək "Eurovision"dan imtina etməsi "kəşf" deyil, bunun əvəzində Ermənistan Azərbaycan topraqlarının işğalını dayandırmalı idi.
Egemen Baxış: Ermənistan "Eurovision"dan imtina etmək əvəzinə Azərbaycan torpaqlarını azad etməli idi

Azərbaycan, Bakı, 23 aprel / Trend, müxbir A.Tağıyeva/

Ermənistanın Bakıda keçiriləcək "Eurovision"dan imtina etməsi "kəşf" deyil, bunun əvəzində Ermənistan Azərbaycan topraqlarının işğalını dayandırmalı idi. Bunu Türkiyənin Aİ ilə əlaqələr üzrə naziri Egemen Baxış bəyan edib. Trend-in məlumatına görə, xəbəri "Son Dakika" agentliyi yayıb.

"Əgər Ermənistan tarixə düşmək istəyirsə, işğal olunmuş Azərbaycan torpaqlarından getməlidir. Məhz bu, Ermənistan tərəfdən düzgün addım olacaq", - Baxış deyib.

O, həmçinin qeyd edib ki, Türkiyə Azərbaycan xalqının Ermənistan tərəfindən haqsızlığa və qəddarlığa dözməsinə susaraq baxmaq niyyətində deyil.

Xəbər lenti

Xəbər lenti