...

Aviqdor Liberman: İsrail və Azərbaycan bütün istiqamətlər üzrə münasibətləri inkişaf etdirirlər (FOTO)

Siyasət Materials 23 Aprel 2012 15:17 (UTC +04:00)
Yəhudi xalqının nümayəndələri Azərbaycanda özlərini həmişə evdəki kimi hiss ediblər, çünki Azərbaycan bütün millətlərin təmsilçilərinin özünü rahat hiss etdikləri unikal ölkədir.
Aviqdor Liberman: İsrail və Azərbaycan bütün istiqamətlər üzrə münasibətləri inkişaf etdirirlər (FOTO)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir S.Ağayeva/

Yəhudi xalqının nümayəndələri Azərbaycanda özlərini həmişə evdəki kimi hiss ediblər, çünki Azərbaycan bütün millətlərin təmsilçilərinin özünü rahat hiss etdikləri unikal ölkədir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda İsrailin xarici işlər naziri Aviqdor Liberman Xarici Dillər Universitetində İsrail və Yaxın Şərq Araşdırmaları Mərkəzinin açılışında bildirib.

"Azərbaycan və İsrail arasında münasibətlər həmişə yaxşı olub və bütün istiqamətlər üzrə inkişaf etməkdə davam edir. Azərbaycanın nüfuzlu universitetlərinin birində belə mərkəzin yaradılması, habelə bu ali məktəbdə ivrit dilinin öyrənilmə səviyyəsi bunun parlaq nümunəsidir", - nazir deyib.

Onun sözlərinə görə, bu ali məktəbin üç tələbəsi İsrail hökumətinin hesabına bilavasitə ölkənin özündə ivrit dili biliklərini təkmilləşdirə biləcəklər.

Liberman deyib ki, bu, onun Bakıya ilk səfəri deyil, lakin hər bir yeni səfəri ölkənin necə tez inkişaf etdiyini göstərir.

"Bütün dünyadakı ağır iqtisadi vəziyyətə baxmayaraq və iqtisadi böhranın fəsadları fonunda Azərbaycanın inkişafı davam edir", - nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti