...

Monteneqroda Azərbaycanın diplomatik nümayəndəliyi açılıb

Siyasət Materials 25 Aprel 2012 00:20 (UTC +04:00)
Monteneqronun paytaxtı Podqoritsa şəhərində 24 aprel tarixində Azərbaycanın Monreneqrodakı diplomatik nümayəndəliyi rəsmən fəaliyyətə başlayıb və nümayəndəliyin açılış mərasimi keçirilib.
Monteneqroda Azərbaycanın diplomatik nümayəndəliyi açılıb

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Monteneqronun paytaxtı Podqoritsa şəhərində 24 aprel tarixində Azərbaycanın Monreneqrodakı diplomatik nümayəndəliyi rəsmən fəaliyyətə başlayıb və nümayəndəliyin açılış mərasimi keçirilib. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Açılış mərasimində Monteneqronun dövlət rəsmiləri və ictimaiyyətinin nümayəndələləri, ölkədəki diplomatik korpusun təmsilçiləri, KİV nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikasının Monteneqrodakı səfiri Eldar Həsənov nümayəndəliyin binasının qarşısında Azərbaycan Bayrağını qaldırıb.

Açılış mərasimi iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının dördüncü ildönümünə təsadüf edir. Belə ki, Azərbaycanla Monteneqro arasında diplomatik əlaqələr 2008-ci il 24 aprel tarixində qurulmuşdur. Son iki ildə əlaqələr dinamik şəkildə inkişaf edir və qarşılıqlı səfərlər intensiv xarakter daşıyır. Bu müddət ərzində Monteneqro Prezidenti Filip Vuyanoviçin və xarici işlər və Avropaya inteqrasiya naziri Milan Rocenin Azərbaycana ilk rəsmi səfərləri olmuşdur. Həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun və iqtisadi inkişaf naziri Şahin Mustafayevin ötən il Monteneqroya ilk səfərləri həyata keçirilmişdir. Qısa müddətdə müxtəlif sahələrdə, o cümlədən iqtisadi, mədəni və turizm sahələrində əməkdaşlığın möhkəmləndirilməsinə dair 6 ikitərəfli saziş imzalanmışdır və əməli əməkdaşlıq, tərəfdaşlıq əlaqələri möhkəmlənməkdədir.

Monteneqro Qərbi Balkan və Adriatik regionunda əlverişli coğrafi və strateji mövqeyi malikdir və Azərbaycan Respublikası ilə bütün sahələrdə dostluq, əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsində maraqlıdır. Cari ilin iyun ayında Monteneqronun Avropa İttifaqına üzv ölkə kimi qəbul olunması ilə bağlı danışıqlara başlanılmasına dair qərarın veriləcəyi və həmçinin yaxın gələcəkdə NATO-ya üzv olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti