...

Türkiyənin məşhur qəzeti "Eurovision" ərəfəsində Azərbaycandakı hazırlıqlarla bağlı məqalə dərc edib

Siyasət Materials 1 May 2012 10:53 (UTC +04:00)
Türkiyənin məşhur "Today's Zaman" qəzetində "Eurovision" mahnı müsabiqəsi ərəfəsində Azərbaycandakı hazırlıqlarla bağlı məqalə dərc olunub.
Türkiyənin məşhur qəzeti "Eurovision" ərəfəsində Azərbaycandakı hazırlıqlarla bağlı məqalə dərc edib

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir E.Mehdiyev/

Türkiyənin məşhur "Today's Zaman" qəzetində "Eurovision" mahnı müsabiqəsi ərəfəsində Azərbaycandakı hazırlıqlarla bağlı məqalə dərc olunub.

Trend-in məlumatına görə, məqalədə qeyd olunur ki, hazırda Azərbaycanda çox xoş bir abu-hava var, çünki Avropanın ən möhtəşəm mahnı müsabiqəsi olan "Eurovision 2012" may ayında Bakıda keçiriləcək. Dünya ölkələrindən gələcək insanları yüksək səviyyədə qarşılamaq üçün hazırda ölkədə ciddi hazırlıqlar gedir.

"Mən iki ildən artıq Azərbaycanda yaşamışam və əminliklə deyə bilərəm ki, Azərbaycanı gəlib gördükdən sonra insanların münasibəti xeyli dəyişir, Azərbaycana səfər edən hər kəs ölkəni sevir", - məqalə müəllifi qeyd edir.

Məqalədə vurğulanır ki, Sovet İttifaqı dağılandan bəri Azərbaycan sürətlə inkişaf edir. Bu gün Azərbaycan regionda ən zəngin ölkədir. Son 10 il ərzində Azərbaycan böyük inkişafa nail olub və bu, digər ölkələr üçün mükəmməl nümunə ola bilər.

Xəbər lenti

Xəbər lenti