...

İlham Əliyev Argentinanın xarici işlər naziri ilə görüşüb

Siyasət Materials 4 May 2012 10:14 (UTC +04:00)
ABŞ-da işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Nyu-Yorkda Argentinanın xarici işlər naziri Hektor Timerman ilə görüşüb.
İlham Əliyev Argentinanın xarici işlər naziri ilə görüşüb

Azərbaycan, Bakı, 4 may / Trend /

ABŞ-da işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Nyu-Yorkda Argentinanın xarici işlər naziri Hektor Timerman ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə Azərbaycanla Argentina arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu vurğulanıb.

Argentinanın iş adamlarının yaxın zamanlarda Azərbaycana səfərlərinin iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətinin qeyd olunduğu görüşdə əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib.

Xəbər lenti

Xəbər lenti