Mayın 4-də Nyu-Yorkda BMT-nin baş katibi adından və BMT Təhlükəsizlik Şurasına sədrlik edən ölkə tərəfindən nahar təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin baş katibi Pan Gi Mun naharda iştirak ediblər. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Dövlətimizin başçısı İlham Əliyev naharda çıxış edərək dedi:
"Hörmətli xanımlar və cənablar, ziyafətimizə xoş gəlmisiniz! Dəvətimizi qəbul etdiyinizə görə çox minnətdarıq. Bu gün səhərdən bir yerdəyik və beynəlxalq əhəmiyyətli bir sıra məsələləri müzakirə etdik. Əməkdaşlığımıza verdiyiniz töhfəyə görə dərin minnətdarlığımı bildirirəm.
Bu gün biz qarşılıqlı maraq doğuran mövzular ətrafında müzakirələrimizi davam etdirəcəyik. Əminəm ki, müzakirələrimiz əməkdaşlıq və konstruktivlik ruhunda keçəcəkdir. Bizi dəstəkləyən bütün tərəflərə bir daha təşəkkürümü bildirmək istəyirəm. Çünki bu, bizim üçün əlamətdar hadisədir. Hətta, deyərdim ki, tariximizdə ən əlamətdar hadisələrdən biridir. Biz Təhlükəsizlik Şurasına seçilmişik. Hazırda isə sədrliyə başlayırıq. Burada bu rolda olmağıma və belə xoşbəxt anları dostlarımızla bölüşməyə çox şadam.
Bir daha xoş gəlmisiniz və icazənizlə mən sözü baş katibə vermək istərdim".
BMT-nin Baş katibi Pan Gi Mun çıxışında Azərbaycanı BMT Təhlükəsizlik Şurasına sədr seçilməsi münasibətilə bir daha təbrik etdi və uğurlar arzuladı.
Nyu-Yorkda BMT-nin baş katibi adından və BMT Təhlükəsizlik Şurasına sədrlik edən ölkə tərəfindən nahar təşkil olunub
Mayın 4-də Nyu-Yorkda BMT-nin baş katibi adından və BMT Təhlükəsizlik Şurasına sədrlik edən ölkə tərəfindən nahar təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin baş katibi Pan Gi Mun naharda iştirak ediblər. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb
