Azərbaycan, Bakı, 7 may /Trend, müxbir R.Hafizoğlu/
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu Fransanın yeni Prezident Fransua Hollandın hakimiyyəti illərində müsəlman ölkələri ilə daha yaxından əməkdaşlıq edəcəyinə ümid bəsləyir. Bu barədə İƏT-in Baş Katibliyindən bazar ertəsi Trend-ə daxil olan məlumatda bildirilir.
"Ümidvaram ki, Fransua Hollandın prezident seçkilərində qalib gəlməsi Fransa və müsəlman ölkələri arasındakı əlaqələrə müsbət təsir göstərəcək", - İhsanoğlu bildirib.