...

Beynəlxalq müşahidəçilər: Ermənistanda parlament seçkilərində ciddi qanun pozuntuları olub

Siyasət Materials 7 May 2012 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir E.Mehdiyev/

Beynəlxalq müşahidəçilər Ermənistanda keçirilən parlament seçkilərində ciddi qanun pozuntularının qeydə alındığını bəyan ediblər.

Ermənistanda parlament seçkiləri zamanı seçicilərə göstərilən təzyiq və seçki prosesi zamanı çatışmazlıqlar qeyri-bərabər seçki mühiti yaradıb. Trend ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, bu barədə seçkiləri izləyən beynəlxalq müşahidəçilər deyib.

Müşahidəçilər qeyd edib ki, siyasi partiyaların bütövlüyünə cəmiyyətdə olan inamsızlıq narahatlıq doğurur.

Seçkilər zamanı yeni Seçki Məcəlləsinin mühüm aspektlərinin yerinə yetirilməsi mümkün olmayıb və şikayətlərə qanunauyğun şəkildə baxılmayıb.

Seçki təşkilatçıları bir çox hallarda qanuna əməl etməyib və seçki komissiyaları da bunun qarşısını almaqda aciz qalıblar. Nəticə etibarilə Ermənistanın götürdüyü beynəlxalq öhdəliklər həmişə olduğu kimi yerinə yetirilməmiş qalıb.

Müşahidəçilər qeyd edib ki, seçici siyahılarının saxtalaşdırılması seçki prosesinə olan inamsızlığı daha da artırıb.

Seçki məntəqələrinin işinə və seçicilərin hərəkətinə müəyyən siyasi partiyaların müdaxiləsi ciddi narahatlıqlar doğurur. Müşahidəçilər bu qəbulolunmaz davranışın növbəti prezident seçkilərinə qədər aradan qaldırılmasını tələb ediblər.

Müşahidəçilər bildirib ki, seçki günü təşkilati problemlər və seçki prosesinə yersiz müdaxilələrlə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti