...

Azərbaycanda gələcəkdə 200 və 500 nominallı əsginazlar buraxıla bilər

Siyasət Materials 8 May 2012 18:14 (UTC +04:00)
Azərbaycanda gələcəkdə daha böyük nominalda əsginazlar buraxıla bilər.
Azərbaycanda gələcəkdə 200 və 500 nominallı əsginazlar buraxıla bilər

Azərbaycan , Bakı, 8 may /Trend, müxbir A.Axundov/

Azərbaycanda gələcəkdə daha böyük nominalda əsginazlar buraxıla bilər. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, bunlar 200 və 500 nominallı əsginazlar ola bilər.

Rüstəmov deyib ki, kiçik əsginazların buraxılmasına ehtiyac yoxdur.

"Hazırda bu məsələ gündəlikdə deyil. Lakin bununla bağlı layihə-dizayn işləri aparılır. Müvafiq qərardan sonra əsginazların buraxılması mümkün olacaq", - Rüstəmov deyib.

Xəbər lenti

Xəbər lenti