...

Berlində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı konsert veriləcək

Siyasət Materials 9 May 2012 09:42 (UTC +04:00)
Berlində mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı konsert keçirilməsi planlaşdırılır.
Berlində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı konsert veriləcək

Azərbaycan, Bakı, 9 may /Trend/

Berlində mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı konsert keçirilməsi planlaşdırılır.

Azərbaycanın Almaniyadakı səfirliyindən Trend-ə daxil olan məlumata görə, səfirliyin Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) ilə əməkdaşlıq çərçivəsində keçirəcəyi tədbirdə azərbaycanlı və alman pianoçular Yeganə Axundova və Klaudia Şellenberqer milli və xarici bəstəkarların əsərlərindən ibarət konsert proqramı ilə çıxış edəcəklər.

Tədbirə Almaniya dövlət orqanlarının və ictimaiyyətinin nümayəndələri, jurnalistlər və s. dəvət olunublar.

Xəbər lenti

Xəbər lenti