Azərbaycan, Bakı, 10 may /Trend, müxbir M.Əliyev/
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin doğum günündə onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəlib.
Trend-in məlumatına görə, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub.
Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümüdür.
Azərbaycan Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin doğum günündə onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəlib.
