...

Elnur Aslanov: Azərbaycan gənclərinin keçirdiyi aksiya İranın bəzi dairələrinin ortaya atdığı fikirlərə reaksiyası idi

Siyasət Materials 12 May 2012 14:52 (UTC +04:00)
Azərbaycan gəncliyi İrana haqlı olaraq etirazını bildirir.
Elnur Aslanov: Azərbaycan gənclərinin keçirdiyi aksiya İranın bəzi dairələrinin ortaya atdığı fikirlərə reaksiyası idi

Azərbaycan, Bakı, 12 may /Trend/

Azərbaycan gəncliyi İrana haqlı olaraq etirazını bildirir. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.

"İranın Azərbaycanın daxili işlərinə qarışması xoşagələn hal deyil. Azərbaycan özü heç bir dövlətin, ələxüsus qonşu dövlətin daxili işlərinə qarışmır", - Aslanov deyib.

Onun sözlərinə görə, Azərbaycan bütün dünya subyektləri ilə bərabərhüquqlu və əməkdaşlıq ruhu çərçivəsində münasibətlərin qurulmasının tərəfdarıdır.

"Bu baxımdan, gənclərin keçirdiyi aksiya İranın bəzi dairələrinin ortaya atdığı fikirlərə reaksiyası idi", - PA rəsmisi qeyd edib.

Xəbər lenti

Xəbər lenti