...

TÜRKPA Dünya Türk Gəncləri Birliyinin zirvə toplantısında təmsil olunacaq

Siyasət Materials 14 May 2012 13:22 (UTC +04:00)
TÜRKPA 16-19 may tarixlərində Ankarada keçiriləcək Dünya Türk Gəncləri Birliyinin XI Liderlər Zirvəsində təmsil olunacaq.
TÜRKPA Dünya Türk Gəncləri Birliyinin zirvə toplantısında təmsil olunacaq

Azərbaycan, Bakı, 14 may / Trend müxbir M.Əliyev/

TÜRKPA 16-19 may tarixlərində Ankarada keçiriləcək Dünya Türk Gəncləri Birliyinin XI Liderlər Zirvəsində təmsil olunacaq.

Trend-in məlumatına görə, bazar ertəsi TÜRKPA katibliyindən bildiriblər ki, təşkilatın baş katibi Ramil Həsənov tədbirin rəsmi açılış mərasimində çıxış edəcək.

Həmçinin, Ankaraya səfər çərçivəsində Həsənovun TÜRKPA-nın III Plenar Sessiyasına hazırlıq məqsədi ilə Türkiyə parlamentinin millət vəkili, TÜRKPA-nın Hüquq Məsələləri Komissiyasının sədri Haluk İpek və TBMM Aparat rəhbəri İrfan Neziroğlu ilə görüşləri nəzərdə tutulub.

Səfər zamanı Həsənovu müavini Kürşad Melih Sarıarslan müşayiət edəcək.

Xəbər lenti

Xəbər lenti